Logo

ADU-da “Khojalı Genocide - The Tragedy  of Century” adlı tədbir keçirilib

25.02.2022 10:16 911 baxış
IMG

24 fevral tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyasi və üslubiyyatı kafedrasının təşəbbüsü və Filologiya fakültəsinin 141b qrupu tələbələrinin təşkilatçılığı ilə Xocalı faciəsi mövzusunda “Khojalı Genocide - The Tragedy  of Century” adlı tədbir keçirilib. 

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi Afaq Eminli tədbiri “Khojaly is Our Native Land" mövzusunda çıxışı ilə açaraq, Xocalı soyqırımı zamanı baş verənləri bir daha vurğulayıb və azərbaycanlılara qarşı törədilmiş bu genosid nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 487 nəfərin müxtəlif xəsarətlər alması, 8 ailənin tamamilə məhv edilməsi barədə danışıb.

Tədbirdə qrupun hər bir tələbəsi Xocalı faciəsi ilə bağlı videoçarxlar, təqdimatlar paylaşıb və şeirlər səsləndirib. Eləcə də, tələbələr Xocalı hadisəsini şəxsən yaşamış Əkbərova Səidə Qurban qızından aldıqları müsahibəni paylaşıblar. Tədbir Azərbaycan və ingilis dillərində keçirilib.

Xəbər lenti